(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Milli Olimpiya Komitəsi Ocep layihəsi çərçivəsində ,Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb lisey və Kəndirlə mübarizə idman cəmiyyəti İB birlikdə Kəndirlə mübarizə yarışı keçirilmişdir. Yarış Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. Yarışda məktəb Liseyinin 150 şagirdi həm oğlanlar və həmdə qarışıq (4 oğlan və 4 qız komandası) medallar uğrunda mübarizə apardırlar. […]

Məktəb-liseyin psixoloqu Aqil Mübariz 4-cü siniflərdə ekoloji maarifləndirmə istiqamətində təlim keçirmişdir. Təlim zamanı şagirdlərə praktik biliklər verilmiş, təkrar emalın əhəmiyyəti və dünyada bu istiqamətdə atılmış addımlar haqqında söhbət və şagirdlərlə müzakirə aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020- ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət planı” nın icrası ilə bağlı məktəbdə paralel siniflər üzrə psixoloji təlimlər keçirilir.

“Yollarda təhlükəsiz davranışı öyrənək” devizi altında orta ümumtəhsil məktəblərinin şagirdləri arasında III intellektual yarış.

6 saylı məktəb liseyin 5B sinif şagirdləri tərəfindən təşkil olunmuş “Yaşat” xeyriyyə yarmarkası. Sinif rəhbəri Abbasova Əsmər. Toplanmış məbləğ “Yaşat” fonduna ianə olunacaq. (1527 AZN)