(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Bəzi günlər təqvimdə sadəcə bir tarix deyil, xalqın yaddaşına əbədi həkk olunmuş səhifədir. 27 Sentyabr məhz belə bir gündür. 2020-ci ilin bu günü başlanan 44 günlük Vətən müharibəsində igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda ən əziz varlıqlarını, canlarını fəda etdilər. Onların qəhrəmanlığı sayəsində bu gün üçrəngli bayrağımız doğma torpaqlarımızda qürurla dalğalanır. Anım Günü münasibətilə T. İsmayılov […]

Yeni tədris ilinin başlanması münasibətilə Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova şagirdləri və müəllim kollektivini təbrik edərək, hər kəsə yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və zəngin biliklər arzulayıb. Direktor öz müraciətində yeni tədris ilinin hər bir şagird üçün yeni biliklərə, kəşflərə və nailiyyətlərə aparan yol, müəllimlər üçün isə yeni pedaqoji uğurlar […]

Bu gün IB Lisey №6-da 2026–2027-ci tədris ilinin başlanğıcını böyük qürur və sevinc hissi ilə qeyd etdik. Tədris ilinin Açılış mərasimi həyəcan, ilham və qarşıdakı uğurlu il üçün xoş arzularla yadda qaldı. Məktəbin direktoru və koordinatorları bütün şagirdlərə səmimi arzularını çatdıraraq onları yeni çağırışları qəbul etməyə, yeni imkanlar kəşf etməyə və bu tədris ilini unudulmaz […]

Məktəbimizdə “Son zəng” tədbiri keçirildi Bu gün məktəbimizdə XI sinif məzunlarının həyatında unudulmaz və əlamətdar günlərdən biri olan “Son zəng” tədbiri böyük coşqu və qürur hissi ilə qeyd olundu. Tədbirdə müəllimlər, valideynlər, məzunlar və fəxri qonaqlar iştirak etdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək […]

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzinə təşviq olunması məqsədilə liseydə Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir. Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ağır zərərlər haqqında ətraflı məlumat vermiş, narkomaniyanın yaratdığı […]