(012) 492 22 21

6lisey@baku.edu.gov.az

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Bakının 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb liseyimizdə yaradılmış 1 saylı seçki məntəqəsində səs veriblər.

1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi Günü ilə əlaqədar psixoloq Aqil Mübariz məktəb liseyin 4b, 4n və 6c  siniflərində təlim keçmişdir. Təlim zamanı  nəzəri billiklər verilmiş, daha sonra tapşırıqlar üzərində qruplarla iş aparılmışdır. Təlimin sonunda şagirdlərə psixoloq tərəfindən “Uşaq Hüquqları Haqqında Konvensiya” haqqında bukletlər paylanılmışdır.

Mayın 27-də Səbail Rayon İcra Hakimiyyətində 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları məktəbimizin əldə etdiyi nailiyyətlərə görə fərqlənən şagirdlərini təltif etmişlər.

“Yaşıl dünya naminə həmrəylik” ili çərcivəsində psixoloq Aqil Mübariz 6b, 7b, 7c siniflərində  maarifləndirici təlimlər keçmişdir. Tullantıların ceşidlənməsi istiqamətində ölkəmizdə və dünyada tətbiq edilən yanaşmalarla şagirdləri məlumatlandırmaqdır.