Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür. 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir. Tariximizin qürurlu günü kimi 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. 4B sinfi. Sinif rəhbəri: Səmədzadə Səbinə. Musiqi müəllimi: Təhməzova Xuraman.
Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadan, bu birliyə, bu həmrəyliyə öz töhfələrini verən Ali Baş Komandan Cənab İlham Əliyevdir. Məktəbimizdə keçirilən”Vətənpərvərlik” şeir müsabiqəsinin final mərhələsi bu gün baş tutdu.Bir daha şagirdlərimizin necə vətənpərvər olduqlarının şahidi olduq.Bu sevgi,bu ruh hər bir şagirdin söylədiyi misralarda öz əksini […]
Böyük qürur hissi ilə bildiririk ki, cari ilin 8 tarixində İndoneziya Respulikasının Bali şəhərində keçirilmiş “STEAM Ahead” olimpiadasında (İnternational Junior Math Olympiad) 6 nömrəli məktəb-liseyin 7b sinif şagirdi Səfərli Mirvari iştirak etmişdir. Qeyd edilən bilik yarışmasında (fərdi və komanda üzrə) fərqlənmə sertifikatı qazanaraq məktəbimizi bu nüfuzlu müsabiqədə layiqincə təmsil etmişdir. Eyni zamanda bildiririk ki, cari […]
Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Hörmətlə anırıq 4 “B” sinfi. Sinif rəhbəri: Səmədzadə Səbinə.
“Heydər Əliyev ili”ilə bağlı silsilə tədbirlərə bu gün Musiqili Komediya Akademik teatrının səhnəsində “Bir ömürdə min ömür” adlı möhtəşəm ədəbi-bədii kompozisiya ilə yekun vuruldu. Tədbirdə millət vəkilləri, prezident administrasiyasının nümayəndələri, Səbail Rİ-nın başçısı, məktəb direktorları və digər mötəbər qonaqlar iştirak etmişdir. Səhnədə cərəyan edən hadisələr, şagirdlərin mükəmməl çıxışları, rəngarəng rəqslər tədbir iştirakçılarına unudulmaz hisslər yaşatdı.